Ukraynanın Rusiyaya təqdim etdiyi memorandumun məlum oldu

ELAZ.İNFO, BAKI, 02.06.2025.

ELAZ.İNFO xəbər verir ki, Kiyev danışıqlar üçün şərt kimi Moskvadan “göydə, quruda və dənizdə” qeyd-şərtsiz atəşkəs tələb edib.

Ukrayna həmçinin Rusiyadan təcavüzün təkrarlanmaması ilə bağlı etibarlı təhlükəsizlik zəmanəti alacağını gözləyir. Bununla belə, Kiyev tərəfsiz olmağı öhdəsinə götürmür.

“Kiyevin NATO-ya üzvlüyü Alyans daxilində konsensusdan asılıdır. Ukrayna Müdafiə Qüvvələrinin sayı, yerləşdirilməsi və digər parametrləri, habelə xarici dost dövlətlərin qoşunlarının ölkə ərazisinə yerləşdirilməsinə heç bir məhdudiyyət qoyula bilməz”.

Sənəddə qeyd olunub ki, 2014-cü ildən sonra Rusiyanın işğal etdiyi ərazilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmamalı, iki ölkənin liderləri nizamlanmanın əsas aspektlərini razılaşdırmaq üçün görüşməlidirlər.

“Kiyev həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaların mərhələli və zamanla ləğv edilməsinin tərəfdarıdır və lazım gələrsə, zəruri hallarda onların yenidən qüvvəyə minməsi mümkündür”.

Natəvan BƏYDİLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights