ELAZ.İNFO xəbər verir ki, dünən Macarıstanın baş naziri Viktor Orban yerli efirdə çıxışında dedi ki, artıq Ukraynanın bölüşdürülməsi prosesi gedir.
O, qeyd etdi ki, Qərbin Ukraynaya təhlükəsizlik təminatı vermək istəyi, əslində, onun bölüşdürülməsidir. Qərbin planına görə Ukrayna 3 zonaya bölünməlidir:
1-Rusiya zonası
2-Qərb zonası
3-Təhlükəsizlik (bufer) zonası
Hazırda Qərbin müzakirələri Rusiya zonasının sərhədləri və bufer zonasının dərinliyi (40, 50, 100, yoxsa 200 km) ilə bağlıdır.
Ukraynanın qalan hissəsini öz aralarında bölüşdürmək istəyən ölkələr ora qoşun göndərmək istəyirlər. Qoşunlar həmin ölkələrin marağında olan əraziləri nəzarətə götürmək üçün göndərilməlidir. Hansı ölkənin hansı əraziləri (sərvətləri) nəzarətə götürəcəyi artıq razılaşdırılıb.
Yeganə problem Rusiyanın mövqeyidir. Rusiya Qərbin bölgü planı ilə razı deyil.
Mən belə olacağını hələ 2024-cü ilin dekabrında yazmışdım.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi