Ukrayna Silahlı Qüvvələrində (USQ) yeni tətbiq edilən “gənclər müqaviləsi” proqramı ciddi itkilər və narazılıqlarla gündəmə gəlib. Sumı istiqamətində döyüşən gənc hərbçilər arasında ölüm hallarının kəskin artdığı bildirilir.
ELAZ.İNFO xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, 18-24 yaş arası könüllü müqavilə imzalayan Ukrayna hərbçiləri birbaşa ən ağır döyüş zonalarına – ön mövqelərə yerləşdirilir. Bildirilir ki, bu qrupdan olan hərbçilər arasında artıq böyük sayda itkilər qeydə alınır.
Xatırladaq ki, Ukrayna Ali Radasının məlumatına görə, təxminən 5 min nəfər 1 milyon qrivna (təxminən 24 min dollar) ödəniş və asanlaşdırılmış xidmət şərtləri müqabilində bu müqaviləni imzalayıb. Lakin beynəlxalq mətbuatın, o cümlədən “Reuters” agentliyinin araşdırması göstərir ki, bu gənclərin taleyi faciəvi olur: onlardan bir çoxu itkin düşür, ağır yaralanır, hətta intihar və fərarilik hallarına da rast gəlinir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə bu layihəni gənclər üçün “bir tərəfli bilet” adlandırıb.
Ruslan MƏMMƏDOV