ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti dünən Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən sülh planı danışıqlarının yaxşı keçdiyini bildirərək deyib ki, “Ukraynanın bəzi çətin kiçik problemləri var. Bizim də çətin problemlərimiz var, amma düşünürəm ki, Rusiya da bu müharibənin bitməsini istərdi”.
Keçən ay Ukrayna müharibəsində 27.000 insanın öldüyünü və bu ölümlərin qarşısını almağa çalışdıqlarını qeyd edən Tramp deyib ki, “Düşünürəm ki, razılığa gəlmək üçün yaxşı şansımız var”.
Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə Moskvaya səfər edəcəyini açıqlayıb. Rusiyaya sülh müqaviləsi üçün son tarix verib-verməyəcəyi soruşulduqda, o deyib ki, “Müharibənin bitməsinə qədər bir son tarix var və ümid edirəm ki, müharibə bitəcək”.
İlahə BAYINDIR