Ukrayna Ordusu Donetskdə Siverskdən Çəkilir

ELAZ.İNFO xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylər davam etsə də, tərəflər arasında qarşıdurmalar davam edir.

Ukrayna Baş Qərargahı Ukrayna ordusunun Donetsk bölgəsindəki Siverskdən geri çəkildiyini açıqladı.

Bəyanatda geri çəkilmə qərarının əsgərlərin təhlükəsizliyini və resursların qorunmasını təmin etmək üçün verildiyi bildirilir və əlavə olunur:

“İşğalçılar sayca üstünlüyü və əlverişsiz hava şəraiti zamanı kiçik hücum qruplarının davamlı təzyiqi sayəsində irəliləyiş əldə ediblər”.

Rusiyanın Ukraynaya hücumundan əvvəl təxminən 10.000 əhalisi olan Siversk Donetsk bölgəsinin müdafiəsində mühüm rol oynadığı hesab olunurdu. Siversk Ukraynanın “qala kəməri” kimi tanınan ərazinin şimal hissəsində yerləşən Slovyansk şəhərindən təxminən 40 kilometr məsafədə yerləşir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights