ELAZ.İNFO xəbər verir ki, Ukrayna NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitinə dəvət alıb.
Bunu Ukrayna Pezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.
“Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu, vacibdir”, – o əlavə edib.
Dövlət başçısı Ukraynanın alyansın sammitində konkret olaraq necə təmsil olunacağını açıqlamayıb. Lakin bildirib ki, xarici işlər naziri Andrey Sibiqa həmkarları ilə görüşlər keçirəcək.
Bundan əvvəl məlum olub ki, Amerika Prezidenti Donald Trampa görə NATO Haaqa sammiti üçün mini-bəyannamə hazırlayır.
Natəvan BƏYDİLİ