“Ukrayna məkanında Azərbaycan ruhu”

ELAZ.İNFO Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Ukrayna Milli Elmlər Akademiyasının Vernadski adına Milli Kitabxanasında rəssam Rəna Səfərovanın (Sabrena) “Ukrayna məkanında Azərbaycan ruhu” adlı sərgisi açılıb. Ekspozisiyada gips barelyeflər, müəllif dekorativ pannoları və rəngkarlıq kompozisiyaları nümayiş olunub.

Vernadski adına Milli Kitabxananın nümayəndəsi İrina Prokoşina açılış nitqi ilə çıxış edib. Daha sonra layihənin kuratoru Orxan Səfərov, təşkilatçısı Taleh Səfərov və müəllif Rəna Səfərova qonaqları salamlayıb.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, Vernadski adına Milli Kitabxananın baş direktoru, sərginin tərəfdaşı Lyubov Dubrovina, Ukrayna Dövlət Etnopolitika və Vicdan Azadlığı Xidmətinin nümayəndəsi Viktor Kovrey, İrpen şəhərindəki Zərifə Əliyeva adına “Lingvist” liseyinin direktoru Valentina Antonenko, “Ukraynada Ərəb Şurası”nın baş katibi Məhəmməd Fərəcallah, dizayner və Krım-tatar gənclər təşkilatının nümayəndəsi Lənie İbrahimova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.

Tədbirdə skripka ifasında Azərbaycan musiqisinin incilərindən “Sən gəlməz oldun”, “Belə qəmli dayanma” və “Pəncərəmə qondu çiçək” əsərləri səsləndirilib. Ziyarətçilər milli şirniyyatlarımıza qonaq olub.

Sərgi 2025-ci il oktyabrın 17-dək davam edəcək.

Bizimlə oxuyun
Verified by MonsterInsights