ELAZ.İNFO xəbər verir ki, Ukrayna dronları Rusiyanın cənubundakı Rostov-na-Donu limanında lövbər salmış neft tankerini vurub.
Rostov-na-Donu qubernatorluğunun açıqlamasına görə, hücum zamanı heyət üzvləri arasında itkilər olub. Ölənlərin sayı məlum deyil.
Rostov-na-Donu meri tankerdən potensial neft sızmasının qarşısının alındığını açıqlayıb.
Məlumat üçün bildirək ki, şəhərdə tikilməkdə olan çoxmərtəbəli yaşayış binası da hava hücumunda zərər görüb. Bir şəhərdə iki ev yanıb.
Günel GÜNTAC


