ELAZ.İNFO xəbər verir ki, Kocaelinin İzmit rayonunda dünən axşam saatlarında baş verən davada Regional Həvəskarlar Liqası komandasının “Sultanbəyli Belediyespor” klubunun futbolçusu 27 yaşlı Uğurcan Bekçi ağır yaralanıb. Ürəyi iki dəfə dayanan bədbəxt futbolçunun sağ ayağı amputasiya olunmalı ola bilər…
Adı açıqlanmayan şəxslə Uğurcan Bekçi, Emre Kaan Bölek və İbrahim Aracı arasında mübahisə düşüb. Mübahisə davaya çevriləndə silahlı şəxs hər üçünə atəş açıb. Hadisə zamanı Bekçi, Bölek və Aracı yaralanıb, şübhəli isə qaçıb. Xəbər verildikdən sonra hadisə yerinə həkim və polis qrupları göndərilib. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralılar şəhər xəstəxanalarına aparılıb. Uğurcan Bekçinin vəziyyətinin ağır olduğu bildirilib.
Baran TÜRKİYƏ


