ELAZ.İNFO xəbər verir ki, siyasi şərhçi, iqtisadçı alim Ağasəf İmran deyir ki, indi mətbuatda və rəsmi dairələrdə “Orta Asiya” kimi təqdim olunan region, əslində Türküstandır.“
“Orta Asiya” regionu daha geniş ərazini və dövlətləri (Monqolustan, Əfqanıstan, Pakistan və İran) əhatə edir .Sovet Rusiyasının işğalçı ordusu Orta Asiyaya deyil, Türküstana girmişdir. Türküstan cəbhəsi ilə bağlı məlumatlar, faktlar arxivlərdə hələ də durmaqdadır. 1918-1920-ci illərdə Frunzenin rəhbərliyi altında işğalçı rus qoşunu “Türküstan cəbhəsində” vuruşmuşdur.
Ağasəf İmran qətiyyətlə bildirir ki, “Türküstanın tarixi adı özünə qaytarılmalıdır. Bu məsələ, nəinki indiki Orta Asiya sakinləri, dövlətləri tərəfindən, hətta Azərbaycan tərəfindən də BMT səviyyəsində qaldırılmalıdır”.
-“Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan dövlətləri Türküstan dövlətləri adı ilə təqdim olunmalıdırlar. Çox təəssüf ki, bu dövlətlərdə, bu günün özündə hələ də Rusuyadan qorxu hissi qalmaqdadır. Onlar bu məsələni qaldırmırlar, ehtiyatlanırlar, “Orta Asiya” deyilişi ilə razılaşıb min illiklərə söykənən tarixin izlərinin silinməsinə göz yumurlar”.
Hesab edirəm ki, bu regionda Türküstan adı ilə yanaşı, tarixi ədalət də bərpa edilməlidir -deyə alim qeyd edir.
İlahə BAYINDIR