Türküstanın tarixi adı özünə qaytarılmalıdır

Azərbaycan öz müstəqlliyini elan etdikdən sonra Zaqafqaziya coğrafi termini aradan götürüldü- Cənubi Qafqaz termini ilə əvəzləndi.

Bununla bağlı ELAZ.İNFO-ya danışan iqtisadçı alim Ağasəf İmran bildirir ki, “tarixi, coğrafi termini silmək, əvəzləmək “böyük rus” siyasətinin başlıca amalıdır. Onlar keçmiş SSRİ-nin bütün coğrafi nöqtələrində bu çirkin planları həyata keçirdilər. O cümlədən Türküstanda da. Özünün min illiklərlə yaşı ölçülən tarixi ərazilər təəssüf ki, rusların işğalına məruz qaldı. 1886-cı ildə böyük coğrafi əraziyə malik olan bir məkanda rəsmi olaraq qurulan Türküstan ölkəsinin yerində 1918-ci ildə Türküstan MSSR yaradıldı”.

Məlumat üçün bildirək ki, indiki Orta Asiya olaraq bilinən coğrafi məkanda da Türküstan anlayışı mövcud idi. Tarixdən məlum olduğu kimi Türküstan (türklərin yurdu) — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir ÖzbəkistanTürkmənistanTacikistanQırğızıstanQazaxıstanÇinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aiddir.

A.İmran qətiyyətlə bildirir ki, “Frunzenin başçılığı altında işğalçı qoşun Türküstana yollanmışdı. Frunze Türküstan Cəbhəsinin Komandanı idi. Bu fakt tarixi qaynaqlarda vardır. Türküstanın adını aradan çıxarmaq rusların başlıca siyasəti olub. Məqsəd nə olub görəsən?!”

İqtisadçı alim sonda onu da bildirib ki, “Türküstanın tarixi adı özünə mütləq şəkildə qaytarılmalıdır”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights