İnsan Ruhani Varlıqdır .Ayrı – ayrı fərdlərin cəmindən oluşan Millət də Ruhani Varlıqdır.
Milli- Ruhani əsaslar olmadan atılan addımlar özümüzə- Türklüyümüzə qarşı atılan addımlardır.
Ərəbçiliyi yaşadan,ərəbçiliklə yaşayan Türk ÖZünə qarşı addımlayır.
İyirmibirinci əsrin Türk əsri olacağını deyirlər.
Əslində nə baş verir?
XXI əsr Türklərin “ərəbçilik əsri”
olur.
Türk Dünyasının öncülü olan Türkiyə Türk Dünyasına “ərəbçilik örnəyi” göstərir.
Türkçülük olmadan Türk Dünyası,Turan ola bilməz.
Türkçülük – Türk İnamı,Türk İdrakı,Türk İradəsi ,Türk Mənəviyyatı deməkdir.
Asif Ata
İnam ərəbin,İdrak qərbin,İradə qərbin,Mənəviyyat ərbçilik işğalında.
Belə Türk Dünyası,Turan olmaz.
Yadlara doğma,özümüzə yad olmaqla nə Türk Dünyası olacaq,nədə Turan.
Dünyada bizdə- Türk də varıq demək istəyiriksə ,dünyada öz dünyamızı- Türkə məxsus dünyamızı qurmalıyıq.
Öz Milli- Ruhani dəyərlərimiz əsasında quracağımız dünya Türk Dünyamız olacaq.
Onda bizim üçün bütün əsrlər Türk əsri olacaq.
Ulusumuz Uluyurdumuz var olsun!
Uluyurd Hərəkatının Öndəri
Abil Ulusoy.