“Türklər Qafqazın yerli sakinləridir”

ELAZ.İNFO, BAKI, 08.05.2025.

Türkərə Qafqazda köçəri deyənlərə:

“Dərbənddən Kəngər körfəzinədək olan ərazilərdə-Azərbaycanda-türklər hələ lap qədim zamanlardan yaşayıblar.

Əgər Tarixin atası hesab olunan Herodot 2500 il bundan əvvəl türklərin burada yaşamasından xəbər verirsə, deməli Azərbaycan türkləri çox-çox əvvəl burada yaşayıb məskunlaşmışlar.

Görkəmli tarixçi Z.Yampolski də bu fikirdədir. O, yazırdı:

-“Mixi yazıların, habelə ilk mənbələrin məzmunu bunu deməyə əsas verir ki, türk dili Azərbaycanda eramızdan əvvəlki dövrlərdə peyda olmuşdur.”

VII əsr ərəb tarixçisi Cürhumi də qətiyyətlə bildirir ki, “Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır, onlar bu ərazidə çoxdan məskunlaşmışlar”.

Beləliklə tam qətiyyətlə demək olar ki, Manna, Midiya, Atropatena, Albaniya, Arran dövlətlərinin ərazisində türk mənşəli etnoslar həmişə aparıcı mövqedə olmuşlar”.

Ramin ƏLİZADƏ

Bizimlə oxuyun
Verified by MonsterInsights