ELAZ.İNFO xəbər verir ki,hökumətin himayəsində olan Tehranın “Perspolis” futbol komndasının baş məşqçisi İsmayıl Kartal istefa verib.
Bu haqda Türkiyənin A idman televizya kanalı məlumat yayıb.
“Tehranlı azarkeşlərin türkləri təhqir etməsindən sonra türkiyəli baş məşqçi komandadan ayrılmaq qərarına gəlsə də, “Perspolis” bunu gizlədib və Kartalın istefasını İsrailin İrana hücumu ilə əlaqələndirib”,- məlumatda bildirilib.
Qeyd edək ki, İran mediası isə İsmayıl Kartalın istefasını ailə problemlərinin olması ilə bağlı olduğunu iddia edib.
Nadir HÜSEYNOV