Türkiyənin Milli Futbol Komandası ilk dəfə Meksika ilə qarşılaşacaq

ELAZ.İNFO xəbər verir ki, sentyabrda başlayacaq 2026 FIFA Dünya Çempionatının Seçmə Qrup matçlarına hazırlaşan Milli Futbol Komandası ABŞ düşərgəsində ikinci yoldaşlıq oyununda Meksika ilə qarşılaşacaq.
Şimali Karolina ştatının Çapel Hill qəsəbəsindəki Kənan stadionunda oynanılacaq qarşılaşma 11 iyun çərşənbə günü Türkiyə vaxtı ilə saat 04:00-da başlayacaq. Qarşılaşma TV8 kanalı ilə canlı yayımlanacaq.

Qarşılaşmanın baş hakimi Sent Vinsent və Qrenadin Futbol Federasiyasından olan Moeth Gaymes olacaq. Geymsə eyni ölkədən Denroy Barker və ABŞ Futbol Federasiyasından Rayan Qreyvs kömək edəcək. Matçın dördüncü hakimi kosta-rikalı Brayan Kruz olacaq.

Bu qarşılaşma iki komanda arasında ilk matç kimi rekordlara düşəcək.

Türkiyə ABŞ düşərgəsində ilk yoldaşlıq görüşündə ABŞ-ı 2:1 hesabı ilə məğlub edib. Meksika matçı ilə ABŞ düşərgəsini tamamlayacaq ay-ulduzlu komanda matçdan sonra Türkiyəyə dönəcək.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights