Türkiyənin Çanaqqala, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları hələ də davam edir.

ELAZ.İNFO xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Çanaqqala, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları hələ də davam edir.

Çanaqqala valisi Ömər Toraman bildirib ki, orada yaşayan vətəndaşların təhlükəsizliyi ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib.

Yanğınla mübarizə aparmaq üçün 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnika və 560 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

Bizimlə oxuyun
Verified by MonsterInsights