Türkiyədə yenə zəlzələ oldu

ELAZ.İNFO Türkiyənin Yurd Qəzetinə istinadən xəbər verir ki, Kütahya vilayətində bu gün səhər saatlarında zəlzələ baş verib.
4,9 bal gücündə baş verən zəlzələ İstanbul və bir çox başqa vilayətlərdə hiss olunub.

Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, episentri Kütahyanın Simav şəhərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumat üçün bildirək ki, zəlzələnin 12,1 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Kandilli Rəsədxanası 5,0 bal gücündə zəlzələnin İstanbul, Bursa, Balıkəsir, Dənizli, Əskişəhər, İzmir və bir çox başqa vilayətlərdə hiss edildiyini bildirib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights