Türkiyədə meşə yanğınları davam edir

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Dənizli vilayətində 4 gündür meşə yanğını davam edir. Ehtiyat tədbiri olaraq iki məhəllə boşaldılıb. Bu arada, Karabükdə meşə yanğını ilə mübarizə işləri davam edir.

“NTV haber mərkəzi”nin verdiyi məlumata görə Dənizlidə cümə axşamı nəzarət altına alınan meşə yanğını cümə günü yenidən alovlanıb. Dörd gündür ki, yanğınla mübarizə aparılır.

Məlumat üçün bildirək ki, meşə yanğını külək səbəbindən geniş əraziyə yayılıb.

Ekipajlar alovun nəzarət altına alınması üçün yorulmadan çalışır.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights