Türkiyədə limondan hazırlanan məhsulların satışına qadağa qoyuldu

Bəs bizdə necə?

Türkiyədə limondan hazırlanan müxtəlif məhsulların qablaşdırılaraq satışına qadağa qoyulub. Səbəb isə o göstərildi ki, bu məhsulların içində insan orqanizmi üçün təhlükəli maddələr aşkarlanıb.  

Həmçinin, limon suyu, nar turşusu adı altında satılan məhsullar təbiilikdən uzaq olduğu üçün, tərkibinə kimyəvi maddələr girdiyinə görə Türkiyə Qida Məhsulları Nazirliyi tərəfindən bu məhsulların satışdan çıxarılmasına, habelə, ticarət rəflərindən yığılmasına dair qərar verib. Bəs bu və ya digər məhsulların bizim ölkəmizdə istehsalı və satışı ilə bağlı vəziyyət nə yerdədir?

Limonun bir ədədinin qiyməti hardasa 1 manata olan ölkəmizdə limon suyu, nar turşusu adı altında qablaşdırılmış məhsulların nəzarətinə diqqət yetirilirmi?

Əsasən Türkiyə istehsalı olan bu qəbildən olan məhsulların Türkiyədə satışının qadağan edilməsi, bizim ölkəmizdə isə saxlanılması nə dərəcədə düzdür?

Aidiyyatı orqanlar bu məsələni ciddi şəkildə nəzarətə götürməlidirlər.

P.S. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət ediləcək və nəticə ilə bağlı məlumat veriləcək.

İlahə BAYINDIR        

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights