ELAZ.İNFO xəbər verir ki, Türkiyə Rusiyanın S-400 havadan müdafiə sistemlərini ləğv etməyə doğru gedir.
Bu barədə Amerikanın Türkiyədəki səfiri Tom Barak bildirib.
O, növbəti 4-6 ay ərzində S-400-lərlə bağlı problemin həll ediləcəyini bildirib.
Amerika səfiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahu arasında gərginliyə də toxunub. Diplomat bunun sadəcə ritorika olduğunu, iki ölkənin müəyyən müddətdən sonra dil tapacağını vurğulayıb.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemləri aldığına görə, 2019-cu ildə Amerika tərəfindən F-35 qırıcıları ilə bağlı proqramdan xaric edilib. Bun proqramla bağlı Türkiyə Amerikaya F-35 qırıcıları üçün təxminən 1.4 milyard dollar vəsait ödəyib. Amerika bu vəsaiti hələ də Türkiyəyə qaytarmayıb.
Aydan