Türkiyə “Google” la əməkdaşlıq müqaviləsi imzaladı

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Mynet internet platformasına istinadən xəbər verir ki,  “Google” şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyi arasında cümhuriyyətin yüzilliyi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində “Google Arts & Culture” platformasına “Türkiyə Xəzinələri” əlavə edilib. İndi internetə çıxışı olan hər kəs bir toxunuşla Türkiyənin zəngin mədəniyyəti və mədəni irsi haqqında məlumat əldə etmək imkanına sahibdir.

Adından da göründüyü kimi, “Google” mədəniyyət və incəsənətə yönəlmiş platforma kimi xidmət edir. Bu, dünyanın ən məşhur rəssamlarının əsərlərinə, ölkələrin yemək mədəniyyətlərinə, sənət hərəkatlarına və daha çox şeylər barədə məlumatlı olmağa imkan verən bir vasitədir. Türkiyə ilə “Google” arasındakı əməkdaşlıq hər tərəfi tarix olan ölkənin “Google” İncəsənət və Mədəniyyətə əlavə etməyə imkan verdi.

Aydan  ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights