ELAZ.İNFO xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Türkiyəyə işgüzar səfərə gedib.
Rusiyadan uzaqlaşmaq yolunu tutan, qeyri-ciddi Makron Fransasından ciddi dəstək ala bilməyən, İsrailin son hücumlarından sonra isə İrandan da əli tam üzülən Nikol Paşinyan nəhayət ki, məhz indi tam olaraq anlamağa başlayıb ki, həm onun özüyçün, həm də Ermənistan üçün ən optimal yol ilk növbədə Türkiyə ilə yaxşı münasibətlər qurmaq və Azərbaycanla qalıcı sülhə nail olmaqdır.
Böyük ehtimalla, Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Türkiyə-Ermənistan normallaşma prosesi ilə yanaşı, Azərbaycanla sülh sazişi üzrə danışıqların “yol xəritəsi”ni də detallı şəkildə müzakirə edəcək.
Həmçinin, bu da bildirilir ki, Ermənistanın baş naziri 2026-cı il parlament seçkilərinə qədər, nəyin bahasına olursa-olsun, Azərbaycanla yekun sülh sazişinin imzalanmasını hədəfləyir. O, bu sülh sazişinə özünün və Ermənistanın xilas kəməri kimi baxır.
Bəybala MİRZƏYEV
