Türk tarixində Şah İsmayılın yeri

Şah İsmayıl Xətai Türk tarixində böyük çəkiyə malik bir tarixi şəxsiyyətdir.O böyük türk sərkərdəsi və hökmdarı olmuşdur.Onun yaşadığı və hakimiyyət illərini fərqli izahatlarla qeyd edirlər,Keçmişə səyahət etsək görərik ki, 14 yaşında hökmdar,qızılbaşların şahı,Səfəvi dövlətinin qurucusu,Ebul-Muzəffər,Mürşid-i Kamil,Allahın yer üzündəki kölgəsi,nəhayət Xətai.
Çox zaman Türk tarixini araşdıranlar 16-cı yüz ili izah edərkən Osmanlı və Səfəvi qarşıdurması kimi izah edirlər.Mövzu 16 -cı yüzildirsə o zaman milliyətçilik deyə bir şey yox idi.Türk dövlətləri-“siz də bizim qardaşımızsınız”- deyə bir anlayışa malik deyildilər.Hər kəs olduğu bölgəyə hakim olurdu.bütün münasibətlər bu baxışla qurulurdu. Taledən Osmanlıların və Osmanlı xanədanlığı yüksəlmişdir.Tarixə biz belə baxmalıyıq…
Digər tərəfdən Səfəvilərə baxsaq görərik ki, bu Azərbaycan bütün İran mülkünə hakim olan bir sultan yaradır. Türk dilini dövlət dili edir.Türkün gücünü digər cinahdan daha da genişləndirir.
Türk tarixindəki şəxsiyyətlərə kimsənin həddi deyil ki dil uzada. Onlar tarixdə yerlərini almışlar. Hər kəs bu nöqtədə öz hədini bilməlidir.

 

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights