Türk- kürd- ərəb birliyi cəfəngiyyatı

Türk- kürd- ərəb birliyidən danışırlar.
Ərdoğan bu haqda ” möhtəşəm” izahlı çıxış elədi.
Erdoğançılığın məqsədi türkçülüyü hər vasitə ilə necə olursa – olsun əritmək,yox eləm əkdir.
Bunun üçün o çeşidli gedişlər edir və edəcək. İndiki dünya mahiyyətcə qərb deməkdir.
Qərb mətbəxində projelər hazırlanır və sonra Qərbin Şərqdəki nümayəndələri vasitəsilə dövrüyəyə sürülür.
Ərdoğan Türk- kürd- ərəb ” birliyi” məsələsində Qərbin ağız ilə danışır.
Yaradıcı Qərb, icraçı Şərq.
Dünya Qərbdən idarə olunur.
Amerika dünya ağalığında Qərbin Şərqdəki nümayəndəsi Türkiyə aracılığı ilə gəlişməkdə olan Çinə qarşı ” birlik” yaradır.
İdarəolunan ” birlik”.
Uzaqmənzilli hədəf budur.
Birlik nə zaman olur?
İnsanlar arasında,Millətlər arasında birlik nə zaman olur?
Birlik Ruhani anlam daşıyır.
İnsanın fərd olaraq Ruhunu Ruhunda gördüyü insanla birliyi ola bilər.
Millətlərarası birliksə olmur.
Bir Millətin digər Millətin Milli Ruhani dəyərlərinin daşıyıcısı olmadığı üçün Millətlərarası birlik olmur.
Müəyyən məqsədlər üçün Biryerdəlik ola bilər.Və bu Biryerdəliyin də ömürü qısa olur.
Ona görə :
Türk- kürd-ərəb ” birliyi” deyimi cəfəngiyatdır.

Ulusumuz, Uluyurdumuz var olsun.

Uluyurd Hərəkatının Öndəri
Abil ULUSOY

Bizimlə oxuyun
Verified by MonsterInsights