Bu gün aktual mövzulardan biri də qadın kişi bərabərliyidir. İndi çox xanımlarımız bu bərabərliyi səhf başa düşərək, kişilərin geyiminə şərik çıxmaqda, süni əzalarda görürlər. Əslində bərabər olmaq bu deyil.
Türk dünyası həmişə qadına ana kimi, həyat yoldaşı kimi baxaraq ən uca zirvədə görüb.
1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı.
-“Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir”- deyən H.Z.Tağıyevin min-bir əziyyət bahasına açdırdığı Qızlar Məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində çevrilişə səbəb oldu.
Məktəbini bitirən Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda Qızlar Məktəbi açan Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva və onlarla qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar.
“Qədim Yunan, Roma və German cəmiyyətlərində qadın, “söz haqqı olmayan qul” hesab edilirdi. Hətta qədim yunan cəmiyyətində və yunancada “evlilik” və ya “evlənmək” mənasına gələn “eggue” sözü “qız atası ilə qızla evlənəcək kişi arasında bağlanan satış sənədi” anlamında istifadə edilirdi. Platona görə isə “qadın uşaq doğmaq üçün bir alətdir”. Hind, Sasani və digər mədəniyyətlərdə də qadına münasibət dəyişmirdi. Qadınlar üçün ən dözülməz həyat tərzi slavyan, qədim rus və Skandinaviya xalqlarında müşahidə edilib. Burada qadın kişinin sahib olduğu əşyalardan daha qiymətsiz idi.
Bunun əksi olaraq isə Türk dünyasında qadınlar azad və söz sahibi idilər. Bunun bir səbəbi türk hərbi sistem idi ki, ailədəki kişi dövlətin əsgəri hesab edildiyindən uzun hərbi səfərlər sırasında ailə tamamilə qadının nəzarətində idi. Belə hallarda uşaqlar ananın sözündən çıxa bilməzdi.
Türk mifologiyasında qadınlar çox yüksək bir mövqedə təsvir olunurlar. Yaradılış dastanına görə qadınlar, kainatın yaranmasına səbəb olan ilham mənbəyi kimi görülürdülər. Tarixi mənbələrdə türklərin əhəmiyyət verdikləri hüquqları “Ana haqqı” olaraq qəbul etdikləri və Tanrı Haqqı ilə bərabər tutulduğunu göstərir.
Bütün bu faktlar sübut edir ki, Türk insanı üçün ANA müqəddəs bir varlıq hesab edilir”.
Ruslan MƏMMƏDOV