ELAZ.İNFO xəbər verir ki, dünya çempionu xüsusi atlet Tuğba Tekin vəfat edib
Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasının nəzdində dağ xizək idmanı üzrə dünya çempionu olmuş xüsusi atlet Tuğba Təkin 34 yaşında dünyasını dəyişib.
Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasından verilən açıqlamada, “Dünya çempionu xüsusi atletimiz Tuğba Tekinin vəfat xəbərini dərin hüznlə öyrəndik. Mərhum idmançımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı, səbr diləyirik”.
Nadir HÜSEYNOV