Türk dünyasından iki önəmli xəbər

Azərbaycan-Türkiyə münasibətlərini İran və İsrailə görə korlamağa çalışan qüvvələrin inadına rəğmən, iyunun 17-də Qars şəhərində Türkiyə ilə Azərbaycan arasında sərhəd bölgələrinin iqtisadi əməkdaşlığının dərinləşdirilməsinə həsr olunmuş forum keçirilib.

Forumda “Bir millət, iki dövlət” prinsipi əsasında qurulmuş Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb.

***

İkinci xəbər isə Türküstan (Mərkəzi Asiya) ölkələri ilə bağlıdır.

Belə ki, bu gün Qazaxıstanın paytaxtı Astanada 2-ci “Mərkəzi Asiya-Çin” sammiti keçirilib.

Tədbirdə regionun beş ölkəsi – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin iştirak edirlər.

Sammitin yekunlarına dair Astana Bəyannaməsi və “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” Müqavilənin imzalanması planlaşdırılır.

İranın ən böyük müttəfiqlərindən biri sayılan Çinin dövlət başçısının İsrailin zərbələri fonunda sanki heç nə baş vermirmiş kimi rahat bir şəkildə Astanaya səfər etməsi bir daha onu göstərir ki, fars-molla rejiminin dünyada heç bir müttəfiqi-flanı yoxdur.

İranın özünə ən yaxın müttəfiq hesab etdiyi Rusiya, Çin və Hindistanın kritik məqamda mollaları meydanda tək qoymaları bu ölkənin strateji tərəfdaşlıq siyasətinin tam olaraq iflası deməkdir.

P.S. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızstan və Türkmənistan İsrail-İran və Rusiya-Ukrayna savaşının yaratdığı yeni reallıqlardan maksimum səmərəli yararlanmalıdır.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights