“Türk Dünyasında Sualtı Mədəni İrsin Qorunması üzrə Xüsusi Sessiya” keçiriləcək

ELAZ.İNFO, BAKI, 21.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Kemer və Region Tanıtma Vəqfi (KETAV) və Akdeniz Universiteti Sualtı Arxeologiya Araşdırma və Tətbiq Mərkəzi tərəfindən 24-cü dəfə təşkil edilən “Beynəlxalq Kemer Sualtı Günləri” mayın 23-dək davam edəcək.
Fonddan verilən məlumata görə, tədbir proqram çərçivəsində CMAS Sualtı Mədəni İrsin Qorunması Seminarı ilə bir çox ölkədən sualtı mədəni irs mütəxəssisləri, sualtı arxeoloqlar və sualtı fotoqrafları bir araya gətirir.

Proqram çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun töhfələri və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə sabah ilk dəfə olaraq “Türk Dünyasında Sualtı Mədəni İrsin Qorunması üzrə Xüsusi Sessiya” keçiriləcək.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan və Türkiyədən ekspert və akademiklərin qatılacağı xüsusi sessiyada türk dünyasında sualtı mədəni irs və sualtı arxeologiya sahəsində həyata keçirilən fəaliyyətlərə dair təqdimatlar ediləcək və gələcəyə baxış müzakirə ediləcək.

Xüsusi sessiyadan sonra Türk dünyasında sualtı mədəni irsin mühafizəsi və sualtı arxeologiya sahəsində birgə fəaliyyətin artırılması məqsədilə dəyirmi masa toplantısı keçiriləcək.

Günel GÜNTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights