Türk dövlətlərinə qarşı yönələn böyük siyasət

ELAZ.İNFO

Müasir İran, dünyada geosiyasi güclərin Türk dövlətlərinə qarşı yönələn böyük siyasətin tərkib hissəsi olaraq yaradılan bir millətci fars rejimidir. 1925 ci ildə mehtər işləmiş Rzanı İngilis cəsusları 4 il təlim keçərək onu oyuncaq “şah” qoydular. 54 il Rza sülaləsi ingilislərə xidmət etdi. Sonra onlar müstəqil olmaq, Rusiya ilə yaxınlıq etmək və İran neftini milliləşdirmək istədikdə onu qovub yerinə Fransada saxladıqları Xomeynini gətirdilər və “İslam” dövlətini yaratdılar. Əslində xarici güclər Fars millətçi rejimin xarici görüntüsünü dəyişdilər. Mahiyyət dəyişmədi. İranın yenə də xarici güclərin təsiri altında oldu. Bu gün İran Molla rejimi də Rusiyanın davamlı ideoloji və gizlin təsirləri ilə yenə də onu yaradan güclərə qarşı çıxır. İran xalqı isə artıq bütün bu oyunların fərqindədir. Misirdən İran xalqına müraciət edən adam, 54 il xarici güclərə nökərçilik edən atan Məhəmmədin və baban Rzanın etdiklərindən xəcalət çək! Bu həyasızlıqdır! Düşünürük ki, Xayin Rzanın nəvəsinə ümid verən, babası Rzanı hakimiyyətə gətirən güclərdir. Bu güclər İran xalqının Rza sülaləsinə münasibətini yoxlayırlar. Molla rejiminin isə sonudur. Geosiyasi güclərə İranın yenidən Azərbaycan Türk dövləti olması, onların maraqlarına uyğun deyil. Türk dövlətini gələcəkdə özlərinə rəqib hesab edirlər. Hamı bilsin ki, Güney Azərbaycan iştirak etmədən İranda heç nə etmək olmayacaq. 1950-1960 cı illərdə İranda Rza sülaləsini yox etmək üçün Güney Azərbaycanlılardan ibarət İran Xalq Mücahidlər Təşkilatını yaratmışdılar. Bu qəhrəman Azərbaycan oğulları hər an öz hakimiyyətlərini bərpa etmək üçün hazır idilər. Lakin onlara yardım edən ABŞ, İngiltərə İranın yenidən Azərbaycan Türk dövləti olmasını istəmədilər. Zatən təxminən 200 il milyonlarla pul xərcləyərək Qacarlar dövlətimizi özləri üçün fars millətci rejim ediblər. Molla rejimi və Rza sülaləsi hər ikisinin xarici güclərə necə xidmət etməsi, necə ehtibarsız olduqlarını xarici güclər bu gün yaxşı bilir. Bu gün həmin güclərin varisləri nə düşünür? Türk dövlətləri və TDT bu güclərlə anlatmalıdırlar ki, İranda min illərlə hakimiyyətdə olmuş Azərbaycan Türkləri ən etibarlı və ən qüdrətli gücdür! Geostrateji diplomatiya ilə danışıqlar aparılmalıdır.Türk dövləti heç kimə nökərçilik etmir, amma olduqca ehtibarlı, güclü və bərabərhüquqlu müttəfiq olur. Güney Azərbaycan hakimiyyətni bərpa etməlidir! Bu Güneylilərin halal haqqıdır!
ABŞ Prezidenti artıq xəbərdarlıq edib ki, etiraz edən xalqa güc tətbiq olunsa, İrana müdaxilə edəcək. Güney Azərbaycan hakimiyyətini bərpa etməsi, hər bir Türk dövlətinin strateji hədəfinə xidmətdir. ABŞ VƏ DİGƏR güclər İranın Yenidən Azərbaycan dövləti olması xofundan azad olmalıdırlar! Bu işdə biz daha da güclü və aktif olmalıyıq. Düşünürük ki, ən pis halda Güney Azərbaycan tam müstəqil muxtariyat almalıdır. Qacarlar dövlətimizi İran fars rejmi edən güclərin varisləri bizdən qorxmamalıdır! Bizim ziyalılar, siyasətcilər başda olmaqla, bütün Türk dövlətlərin siyasətciləri 100 ildir fars millətci rejimindən əziyyət çəkən İran xalqlara kömək etməlidir. Bütün güclərlə mümkün olan danışıqlar aparılmalıdır. Bu danışıqlarda geosiyasi postulatlar nəzərə alınmalıdır.Biz güclüyük .İranda Azərbaycan Türklərinin iştirakı olmadan ,türklərin maraqları nəzərə alınmadan,heç nəyə nail ola bilməyəcəklər.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights