Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu başa çatıb

ELAZ.İNFO xəbər verir ki, 2025-ci il noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu nümayəndə heyətlərinin Naxçıvan gəzintisi ilə başa çatıb.

Heyət Möminə xatun türbəsi və Xan Sarayında olub, Əshabi-Kəhfi ziyarət edib. Qonaqlara tarixi yerlər haqqında ətraflı məlumat verilib, sualları cavablandırılıb. Bununla da heyətin Naxçıvan səfəri başa çatıb.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights