“Türk Dövlətləri Insurtech Zirvəsi” keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Bakıda “Türk Dövlətləri Insurtech Zirvəsi” keçiriləcək.

Oktyabrın 28-29-da Bakıda keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprdən tənzimləyici qurumların və sığorta assosiasiyalarının nümayəndələri iştirak edəcəklər. Sammitdə sığorta sektorunda rəqəmsal transformasiya, InsurTech texnologiyaları və süni intellektin tətbiqi müzakirə olunacaq.

Qeyd edək ki, sammit Azərbaycan Mərkəzi Bankının dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə “Hizmet İhracatçılar Birliği”nin birgə əməkdaşlığı ilə keçiriləcək.

Aydan

 

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights