ELAZ.İNFO xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumunda “Dünya iqtisadiyyatında payımız 1,8 % olduğu halda, ticarətdəki payımız bundan 2 dəfə çoxdur. Bu, onu göstərir ki, türklər ticarəti yaxşı bacarır”,- deyə qeyd edib
V.Qasımlının sözlərinə görə, planetin ərazisinin təxminən 1 %-ni, əhalisinin isə 2,8 %-ni təşkil edən türk dünyasının ümumi daxili məhsulunun illik dəyəri 2,1 trilyon Amerika dollarını keçib: “Əgər türk dünyasını vahid dövlət kimi qəbul etsək, bu coğrafiya dünyanın ən böyük 10 iqtisadiyyatından biri sayılardı. Türk dünyasının sənaye potensialı 540 milyard Amerika dolları, kənd təsərrüfatı potensialı isə 140 milyard Amerika dollarıdır. Bank sektoru və ümumilikdə maliyyə sektoru da sürətlə inkişaf edir. 2024-cü ildə Türk dünyasında bank aktivlərinin ümumi məbləği 1,4 trilyon dollara yaxınlaşıb. Bu da kifayət qədər ciddi göstəricidir və kapital bazarlarının da inkişafı gələcək üçün böyük imkanlar yaradır”.
Natəvan BƏYDİLİ