ELAZ.İNFO xəbər verir ki, yazıçı-şair Gülqədəm Qaraman Mirzəzadənin əsərləri Özbəkistanda işıq üzü görən “TURAN ƏDİBLƏRİ- 3” Antologiyasında yer alıb.
Gülqədəm Qaraman Mirzəzadənin Özbəkistan “Scientific Academy” Elmi-Tədris Mərkəzi tərəfindən “Yüksək Ehtiram” beynəlxalq mükafatı ilə təltif olunub.
Bu təltif Gülqədəm Qaraman Mirzəzadə yaradıcılığının özbək dilinə tərcümə olunaraq geniş oxucu auditoriyasına çatdırılmasına görə təqdim olunub. Mükafatın 698 saylı rəsmi sənədində bildirilir ki, bu medalla Gülqədəm Qaraman Mirzəzadənin beynəlxalq ədəbi müstəvidəki əhəmiyyətli xidmətləri və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilir.
Sözardı: “TURAN ƏDİBLƏRİ- 3” kitabının nəşr olunması ölkələr arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımdır.
Aydan