TURAN BİRLİYİNİ YARATMALIDIR

ELAZ.İNFO

Qədim şəhərimiz Qəbələdə Türk Dövlətləri Təşkilatının dövlət başcılarının 12 ci zirvə görüşü, olduqca böyük tarixi hadisədir. Bu zirvə görüşü gerçəkdən də olduqca böyük siyasi və geosiyasi məna yükü daşımaqdadır. Dövlət başcılarının hamısının Türk birliyinin vacibliyini vurğulayaraq bəyan etmələri, sürətlə qütbləşən dünyada böyük və qədim TÜRK SİVİLİZASİYASININ DA GÜC MƏRGƏZİ OLMASININ REALLIĞINI ƏYANİ OLARAQ TƏSDİQLƏDİLƏR. Bu bütün Türk Dövlətləri üçün, Bütün Türk dünyası üçün olduqca böyük uğurdur. Məlumdur ki, artıq dünyada maraqlar üzərində açıq müharibə gedir. Hamının gözü qarşısında kim güclüdür o da istədiyi hərəkətləri edir, istədiyi əraziləri özünə birləşdirərək sərhədlərini genişləndirir, yeni xəritələr cızır. Artıq heç kim, heç nəyi gizlətmir. Böyük güc mərkəzləri də özlərini daha da güclü etmək üçün, açıq siyasət aparmaqdadırlar. Buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan bəyannaçəsini, TDT-nın əsas vəzifəsini xatırladaraq, Türk dövlətlərinin bütün potensial təbii üstünlüklərini səsləndirərək bəyan etdi ki, bu imkanlarımız, “Türk Dövlətləri Təşkilatını qlobal arenada vacib aktora çevrir. Hörmətli həmkarlar bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Prezident cənab İlham Əliyev bu sözü ilə düşünən insanın müasir dünyada baş verən son 50 ildə hadisələri yadlna salır. Suriya, İraq, Ukrayna və s. ölkələri düşünərkən görürük ki, Ölkə ərazisi nə qədər böyük olsa da, nə qədər maliyyə imkanları çox olsa da, elmi və iqtisadiyatı nə qədər çox olsa da, yenə də əgər onun hərbi imkanları, hərbi müttəfiqləri olmasa, o ölkə fasiləsiz aparılan geosiyasi müharibədə hanısa bir gücün təzyiqinə məruz qalacaq. Belə ölkə nə vaxtsa böyük dövlətlərin “yeminə” çevriləcək. Elə öz tariximizə, Türk xalqlarının tarixinə nəzər salsaq, bunu aydın görmək olur. Türk etnosu hər zaman dünyada aparıcı mövqedə olub. Bilmək lazımdır ki, Türk xalqlarının bu aparıcı mövqeyi, aparılan amansız geosiyasi müharibələr nəticəsində, Türk dövlətlərinin içinə girib məkirli siyasətlə bu aparıcı mövqeni əlimizdən alıblar. Bu gün Türk sivilizasiyası öz tarixi qüdrətini bərpa etməlidir! Bu gün Türk dövlətləri inkişaf edir. Bu inkişafı istəməyən güclər var və onlar güclüdür. Ona görə də dövlətlərimizi, xalqlarımızı, inkişafımızı qorumaq üçün, cıxışı zamanı Prezident cənab İlham Əliyev bəyan etdi ki, “Dünyamızın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, Qarabağ bəyannaməsinə və bugünkü zirvə görüşünün regional sülh və təhlükəsizik mövzusuna uyğun olaraq TÜRK DÖVLƏTLƏRİNİN VAHİD GÜC MƏRLƏZİ KİMİ ÇIXIŞ ETMƏSİ OLDUQCA VACİBDİR!” Bu həqiqətən də cənb prezidentin çox cəsarətli və vaxtında etdiyi xəbərdaredidici çağırışdır. Türk dövlət rəhbərləri heç kimdən, heç bir böyük dövlətdən və heç bir güc mərkəzindən çəkinmədən, TDT-nı daim gücləndirməlidirlər! Bu Türk dünyasınn və bütün Türk dövlətlərinin ən ehtibarlı qoruyucusudur. Dünyanı hər zaman güclər idarə edir! Bu tarixdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Ona görə də biz heç kimdən soruşmuruq sən niyə hərbi gücünü artırırsan? Niyə hərbi müttəfiqlər axtarırsan? Digər dövlətlərin də bizdən bunu soruşmasına imkan verməməliyik və ya belə adam olsa, ona dünyanın geosiyasi mənzərəsini göstərmək kifayət edər. Prezident cənab İlham Əliyev fikrinin davamı olaraq 2026 cı il Türk dövlətlərinin Azərbaycanda hərbi təliminin keçirilməsini təklif etdi. Bu hərbi təlimlərlə TDT dünyada öz mövqelərini daha da gücləndirəcək. Qütübləşən dünyada Türk sivilizasiyasını təmsil edən TDT-I bütün dünyanın hesablaşdığı güc mərkəzinə çevrilməsi, bütün Türk dünyasının, bütün Türk dövlətlərinin geosiyasi hədəfidir! Bu hədəfə çatmaq, bütün Türk dövlətlərinin ən böyük qələbəsi olacaq! Türk etnosu, Türk sivilizasiyası öz qütbünü, öz güc mərkəzini yaratmasa, yenə də Türk xalqları, Türk dövlətləri başqa güc mərkəzlərinin təsiri altına düşərək özgə maraqlar üçün istifadə olunan obyek olacaqlar! Ona görə də bütün Türk dünyası TURAN BİRLİYİNİ YARATMALIDIR və TDT-nı daim gücləndirməlidir!

Tahir Ələkbərov

Bizimlə oxuyun
Verified by MonsterInsights