“Tsele” darmadağın oldu: İosifov keçmiş məşqçisinə qarşı

ELAZ.İNFO xəbər verir ki, futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Sloveniyanın “Tsele” klubu doğma meydanda Yunanıstanın AEK komandasını qəbul edib və gözlənilməz darmadağınla üzləşib. Görüş yunanların tam üstünlüyü ilə keçib və oyun 4:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qolları Barnabaş Varqa (3), Abubakari Koyta (33), Miyat Qaçinoviç (36) və Arol Mukudi (49) vurublar.

Bu qarşılaşma həm də maraqlı bir “görüşlə” yadda qalıb. “Tsele”nin rusiyalı yarımmüdafiəçisi Nikita İosifov 90 dəqiqə meydanda olub. Maraqlıdır ki, AEK-in baş məşqçisi, Moskva “Lokomotiv”inin keçmiş ustadı Marko Nikoliç vaxtilə İosifova peşəkar futbolda ilk debüt şansını verən şəxs olub. Lakin bu dəfə şagird ustadına müqavimət göstərə bilməyib.

Konfrans Liqasının hazırkı qalibi İngiltərənin “Çelsi” klubudur. Cari mövsümün final qarşılaşması isə mayın 27-də Almaniyanın Leypsiq şəhərində baş tutacaq. “Tsele” və AEK arasında cavab oyunu martın 19-da Yunanıstanda keçiriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights