TRT öz səhvini düzəltməlidir!

Qardaş Türkiyənin rəsmi dövlət kanalı olan “TRT Kurdi”nin Güney Azərbaycanımızın qədim və böyük şəhərlərindən biri olan Urmiyanı (Urmu) “kürd şəhəri” kimi təqdim edərək, bu şəhərdən kürd dilində və kürd musiqilərinin müşayiəti ilə hazırladığı bir saatlıq reportaj yayımlaması Rəcəb Tayyib Ərdoğan və Dövlət Bağçalının “Terrorsuz Türkiyə” planına yararlı olsa da, lakin Güney Azərbaycanın müstəqillik (bağımsızlıq) ideyasına və Türk birliyi hədəfimizə zərbədir.

“Terrorsuz Türkiyə” planı qardaş ölkənin 47 illik terror bəlasından qurtulması üçün yaxşı fürsətdir. Lakin bu planın icrası Güney Azərbaycan türklərinin başında çatlamamalıdır.

Ərdoğanın bəyan etdiyi NeoOsmanizm (“türk-kürd-ərəb qardaşlığı”) ideyası Türk dünyasının maraqlarına zərbə vurmaq hesabına gerçəkləşdirilməməlidir.

“TRT Kurdi”nin yayımladığı xəritədə milyonlarla Azərbaycan türkünün yaşadığı Güney Azərbaycan ərazisinin “Kürdüstan” kimi təqdim edilməsi açıq-aşkar təxribatdır.

“TRT Kürdi” dərhal öz səhvini, yanlışını düzəltməli, o verilişi yayım tarixçəsindən çıxartmalı və Yutub platformasından silməlidir.

Ümumiyyətlə, TRT manqurt kanal kimi yox, bütün Türk dünyasının birləşdirici televiziyası kimi çıxış etməlidir.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights