ELAZ.İNFO xəbər verir ki, Dövlət Tretyakov Qalereyası XX əsrin ən məşhur rus rəssamlarından biri, “İncəsənət dünyası” birliyinin üzvü və “Rus mövsümləri”nin ulduzu Lev Bakstın 160 illik yubileyinə həsr olunmuş böyük sərgi layihəsini təqdim edəcək. Bu barədə məlumatı qalereyanın yeni direktoru Olqa Qalaktionova verib
Layihə 2026-cbı ilin sonunda qalereyanın Mühəndis korpusunda ziyarətçilərin ixtiyarına veriləcək. Rəssamın Tretyakovlar ailəsi ilə qohumluq əlaqələri olduğu üçün, onun nəslinin qalereyaya ötürdüyü unikal əsərlər və materiallar ilk dəfə geniş auditoriyaya nümayiş etdiriləcək. Olqa Qalaktionova qeyd edib ki, bu sərgi Lev Bakstın parlaq yaradıcılıq yolunu işıqlandıran ən əhatəli layihələrdən biri olacaq. “Biz bu sərgi ilə rəssamın sənət dünyasındakı əvəzsiz rolunu bir daha vurğulamaq istəyirik”, – deyə direktor bildirib.
Ruslan MƏMMƏDOV