-14 iyul axşamı Tramp Rusiyaya dəhşətli “sürpriz”ini elan etdi. Trampın sanksiyaları, gözlənildiyi kimi, “dişsiz” alındı. Faktiki oaraq, Ukrayna müharibəsində heç nə dəyişməyəcək. Çünki ABŞ-ın Ukrayna müharibəsində vəziyyəti dəyişə biləcək imkanları (Tramp demşkən “kartları”) yoxdur. Tramp sərt sanksiyalar qəbul etsəydi, özünü ultraqlobalistlərin tələsinə salacaqdı – hələlək bundan yan keçə bildi.
Mənim üçün Trampın sanksiyalarının butafor olması yox, bunlara Rusiyanın ilk dəfə sərt, hətta istehzalı reaksiya verməsi gözənilməz oldu.
Rusiya TŞ-nin sədr müavini Dmitri Medvedev:
“Tramp Kremlə teatral ultimatum verdi.
Dünya bunun nəticələrini gözləyərək dondu.
Döyüşkən Avropa məyus oldu.
Rusiyanın vecinə deyil.”
Rusiya XİN rəhbəri Sergey Lavrov:
“Əlbəttə, Peskov söylədiyi kimi, biz Trampın bu bəyanatının – 50 gün – arxasında nəyin dayandığını anlamaq istəyirik. Əvvəllər 24 saat da olub, 100 gün də olub – biz bunların hamısını keçmişik və həqiqətən də bilmək istəyirik ki, ABŞ prezidentini hərəkətə gətirən nədir. Aydındır ki, o, Aİ-nin və hazırkı NATO rəhbərliyinin nəhəng, mən deyərdim ki, nalayiq təzyiqi altındadır… Bizdə belə bir məsəl var: başqasına quyu qazan özü düşər.”
Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov:
“Rusiya heç bir tələbi, xüsusən də ultimatumu qəbul etmir. Moskva Vaşinqton və NATO-nun Rusiyanın mövqeyini ciddi qəbul etmələrini istəyir. Rusiya danışıqlara açıqdır, lakin cavab sükut olarsa, onda qarşıya qoyulan məqsədlərə XHƏ (SVO) vasitəsilə nail olunacaq.”
Görünür, Rusiya artıq ABŞ-ın hər hansı sanksiyasına tam hazırdır. Əbəs yerə Lavrov 13 ilulda – Trampın bəyanatından 1 gün öncə belə intensiv görüşlər keçirməyib. Həmin gün Lavrov əvvəl Kuala-Lumpurda (Malayziya) Çinin xarici işlər naziri Van İ ilə, sonra Pxenyanda Ş.Kreyanın xarici işlər naziri Tsoy Son Xi və Ş.Koreyaın lideri Kim Çen İnlə, yenə həmin gün Pekində Van İ və Çinin lideri Si Tzinpinlə görüşmüşdü. Çox güman ki, Trampın mümkün sanksiyalarına qarşı birgə addımlar razılaşdırılmış, təminatlar alınmışdı.
Tramp və ABŞ isə yavaş-yavaş təklənirlər.
Asif ŞƏFƏQQƏTOV