Trampdan İranla Bağlı Sensasion Təkzib

ABŞ-da prezident Donald Tramp və hərbi rəhbərlik arasında İranla bağlı fikir ayrılığının olması barədə yayılan məlumatlar Ağ Ev tərəfindən sərt şəkildə təkzib edilib. Prezident Tramp hərbçilərin onu müharibədən çəkindirməyə çalışması barədə xəbərləri “yalan” adlandırıb.

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində mətbuatda yayılan iddialara cavab verib. Sözügedən iddialarda bildirilirdi ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, general Den Keyn prezidenti İranla uzunmüddətli münaqişədən çəkindirməyə çalışıb. Tramp qeyd edib ki, yayılan məlumatlar 100% yalandır və generallar hər hansı hərbi əməliyyata qarşı çıxmayıblar:

General Keyn də hamımız kimi müharibə istəmir. Lakin əgər İrana qarşı hərbi əməliyyat qərarı verilərsə, onun fikrincə, qələbə qazanmaq çox asan olacaq. Prezident əlavə edib ki, general Keyn heç vaxt hərbi hərəkətlərdən çəkinməyi və ya yalnız “məhdud hücumlarla” kifayətlənməyi tövsiyə etməyib. Trampın sözlərinə görə, media orqanları potensial müharibə ilə bağlı məlumatları məqsədli şəkildə təhrif edirlər.

Xatırladaq ki, son günlər ABŞ-ın Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməsi və İrana qarşı zərbə hazırlıqları barədə xəbərlər regionda gərginliyi pik həddə çatdırıb. Trampın bu bəyanatı Vaşinqtonun hərbi əməliyyatlara tam hazır olduğu mesajını vermək məqsədi daşıyır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights