Tramp və Putin görüşündə diqqəti çəkən məqamlar

ELAZ.İNFO

1) Rəsmi mənbələrə əsasən Trampın boy ölçüsü 1.95, santimetrdir. Putinin isə rəsmi 1.70 idi (Lakin şəxsi işində 1.65 yazır). Dünən isə sanki Tramp və Putin arasında boy fərqi 29 santimetr deyil, 10 santimetr idi, əgər Putin altı hündür ayaqqabı geyinməmiş idisə, demək onun özü olmayıb.

2) Putin psixoloji cəhətdən çox sağlam bir adamdır. Bu günə qədər özünün rəsmi tədbirlərində, görüşlərdə ağır təbiəti ilə seçilib. Lakin dünən onun bədən dili və jestləri real Putindən qat qat uzaq idi

3) Tramp görüşəndə qarşı tərəfin əlini hər zaman özünə tərəf dartırdı. Putinlə onun digər görüşlərində bu jest olmayıb, amma dünən bu təkrar edildi. Demək Tramp nəsə bilirdi ki, o cürə jesti ilk dəfə olaraq Putinə qarşı elədi

4) Putin təyyarəyə minəndə heç bir zaman arxaya çönməz, əgər bunu edirsə də sakitcə baxar, jest etmədən minər. Dünənki Putin isə düşəndə və minəndə artıq jestlər etdi.

5) Tramp və Putin bir birlərini psixoloji durumlarını bilirlər və əsla onun real olmasını bilən Amerika Prezidenti qırıcı təyyarələr səmada qaldırıb güc göstərişi etməz idi. Putinə belə etmək ona hədə qorxu gəlmək deməkdir və bu da həmin günü lazım deyildi.

6) Putin diplomatik jestləri bilən peşəkar kimi Trampın limuzininə oturan kimi kənara elə baxışlara baxmazdı. Bu diplomatik dildə qeyri peşəkar bir lider obrazı yaratmaqla ev sahibinə və danışıqlara indidən yox demək kimi qəbul edilir.

7) Dünən Tramp real olaraq dünyanın gözlədiyi görüşdən qalib ayrıldı. Hər kəs bilirdi ki, bu görüş nəticəsiz bir sonluqla bitəcək. Demək olar ki, ciddi heç bir qərar imzalanmadı, sadəcə Trampın sanksiyalar ilə bağlı çıxışı oldu ki, O, hələ nəzərdə tutulmur dedi. Vəssalam. Masada olan ərazi təklifi və silahlar məsələsinə Putin heç bir reaksiya da vermədi. Bu Trampa lazım olan diplomatik qələbə idi. Təcavüzkar gəldi Putin və təcavüzkar getdi. Hər kəsə göstərdi ki, mən bu adamla nə danışım, adam qan və müharibə istəyir ancaq. Trampa qarşı beynəlxalq aləmdə inamsızlıq var idi və dünən o bunların üstündən xətt çəkdi
Tam əminəm ki, BMT də Rusiya tərəfi tutanların müəyyən əksəriyyəti daha Amerika tərəfdən səs verəcək..

8) Ukrayna məsələsinə gəldikdə. Onun həlli Vaşinqton deyil, Berlində olduğunu Putin də bilir. Bu məsələ Amerika Rusiya deyil, Almaniya Rusiya danışıqlarında bəlli olacaq. Tramp dünən Rusiya ilə qarşılamanın rəsmən olaraq Almaniyanın əllərinə təslil etdi..Putin elə düşünür ki, Berlin divarlarının yenidən qura bilər. Lakin Almaniya artıq onun içərisində muxtar dövlətləri ona qarşı göndərə bilib..

9) Azərbaycana nə təsiri var bu görüşün nəticəsizliyi. Əslində Azərbaycan daha çox dəstək qazanacaq bundan sonra. Təcəvüzkar Rusiya Azərbaycan kimi geosiyasi məkana daha Ukrayna kimi baxa bilməyəcək.

10) Nə olacaq:

1.1. Rusiya Ukrayna ilə müharibəni daha ağır formada davam edəcək, yeni ağır silahlar çıxacaq ortaya
1.2. Artıq döyüşlər sərhədə deyil, paytaxtlara çıxacaq. Ağır silahlar paytaxt və iri şəhərləri hədəfə alacaq.
1.3. Dünya artıq Rusiyanın dayandırılması üçün yeni bir koalisiyaya “İbrahim paktına” qoşulacaq ki, bu Moskvanı təcavüzkar liderdəm ya xilas edəcək, ya da məhv edəcək. Bu isə Trampın mütləq qələbəsi deməkdir. Dünyanın yeni güclü təşkilatı nə NATO nə də digərlərdir. Bu İbrahim paktına üzv olan dövlətlərin birliyidir..

Prof.Dr. Zaur Aliyev

Bizimlə oxuyun
Verified by MonsterInsights