Tramp Ursula von der Leyeni məcbur etdi

ELAZ.İNFO xəbər verir ki, Rusiya Aİ-nin qaz bazarında 40%-ə yaxın paya malik idi. Aİ dedi ki, bu bizi Rusiyadan asılı hala salır, biz müstəqil olmalıyıq… və Rusiyadan qaz alışına son qoydu.

İyulun sonunda Tramp Ursula von der Leyeni məcbur etdi ki, Aİ 3,5 il ərzində ABŞ-dan $750 milyardlıq qaz almalıdır. Əks halda özündən küssün. Əslində Aİ-də bu məbləğə uyğun qaz tələbatı yoxdur, bu qədər qazı almaq üçün Aİ bütün “yaşıl” energetikasını dayandırmalıdır.

…Deməli, Aİ-yə görə Rusiyanın ucuz və məcburi olmayan təbii qazı asılılıq yaradırmış, amma ABŞ-ın 3 dəfə baha və məcburi olan maye qazı müstəqilliyin simvoludur.

Dərsliklərə yazılmalı demokratiya nümunəsidir.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights