Tramp Ukraynada Sülh Planını Açıqladı

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülhə ümid edir. O, hazırlanmış sülh planı üzrə yekun danışıqların aparılacağını açıqladı.

ABŞ Prezidenti Donald Tramp son açıqlamasında sülh planı layihəsi ilə bağlı yalnız bir neçə məqamda fikir ayrılığı qaldığını bildirdi. Tramp həmçinin xüsusi nümayəndə Stiv Vitkovfa Moskvada Vladimir Putinlə görüşməyi tapşırdığını bildirdi.

Tramp söyləyib ki, “Ümid edirəm ki, tezliklə hər iki tərəflə görüşə bilərəm. Amma bu, razılaşma yekunlaşdıqdan və ya razılaşma son mərhələdə olduqdan sonra olacaq”.

Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez bitməsini istədiklərini və təkcə ötən ay müharibədə təxminən 25.000 Rusiya və Ukrayna əsgərinin öldüyünü qeyd edən Tramp bildirib ki, “Düşünürəm ki, indi razılaşmaya çox yaxınıq. Görəcəyik”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights