ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə razılaşmaq üçün verdiyi müddət keçib, iki lider arasında keçiriləcək sammitin yeri və vaxtı açıqlanıb.
ABŞ prezidenti bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransından sonra açıqlama verib.
Avqustun 15-də Putinlə görüşəcəyini açıqlayan Tramp tarixi sammitin keçiriləcəyi məkan olaraq ABŞ-ın Alyaska ştatını göstərib.
Vaşinqton sammitində çıxış edən Tramp bəyan edib ki, potensial Rusiya-Ukrayna sülh sazişi “bəzi ərazi mübadiləsi”ni ehtiva edəcək.
ABŞ prezidenti ərazi mübadiləsinin sülh üçün hər iki tərəfin xeyrinə olacağını bəyan edib.
Daha əvvəl Putin görüşün yeri kimi Birləşmiş Ərəb Əmirliklərini göstərmişdi, Tramp isə bunun “məşhur məkan” olacağını bildirmişdi. Sammitin keçiriləcəyi yerin İstanbul olması ilə bağlı şayiələr də var.
İlahə BAYINDIR