ELAZ.İNFO xəbər verir ki, Tramp Putindən narazıdır. O narazılığını dünən Ağ evdə Netenyahu ilə görüş zamanı jurnalistlərə verdiyi müsahibə zamanı söyləyib.
Prezident Tramp Rusiya-Ukrayna müharibəsinə də toxunaraq bildirib ki, “Bu müharibə heç vaxt başlamamalı idi. Prezident Putindən razı deyiləm. Keçən həftə 7 min insan öldü. Onların əksəriyyəti əsgər idi, amma bunlar candır. Bunu dayandıra bilsəm, bu, insanlıq üçün ən böyük missiya olardı”.
Yeri gəlmişkən qeyd edək ki, Tramp Ukraynaya silah göndərilməsi ilə bağlı suala cavab olaraq deyib ki, “daha çox silah göndərəcəyik. Onları göndərməliyik ki, ukraynalılar özlərini müdafiə edə bilsinlər. Onlar çox ağır hücuma məruz qalırlar” -deyərək fikrini tamamlayıb.
İlahə BAYINDIR