ELAZ.İNFO xəbər verir ki, Tramp Orbana zəng edib deyib ki, Ukraynaya mane olmasın. Politico nəşri yazır ki, söhbət Ukraynanın Aİ-a üzvlüyündən gedir.
Məsələyə münasibət bildirən Arzu Qazıyeva söyləyib ki, “Viktor Orban həmin Orbandır ki, Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyinə veto qoyurdu, Ukraynanın Aİ-a üzvlüyünü əngəlləyirdi. Və ziyankarlığı ilə də açıq-aşkar qürurlanırdı”.
A.Qazıyeva vurğulayıb ki, “Orban telefon zəngini hələlik şərh etməyib. Dünyanın bir nömrəli dövlətinin bir nömrəli prezidentinə nə şərh verəsidir ki? Başını razılıq əlaməti olaraq yelləməkdən başqa. Belə yerdə deyirlər: adın nədir? Daşdəmir. Yumşalısan, yumşalı!
Əlbəttə yumşalar, Rusiyadan neft-qaz alır, buna görə Hindistan kimi 500%-lik tariflər siyahısına salınmayıb, ona görə выступать etməyə həyasızlığı də çatır. Yəqin ki, Tramp da Orbanın qulağına bu xüsusda nəsə pıçıldayıb”.
Günel Güntac