ELAZ.İNFO BAKI 13.05.2025
ELAZ.İNFO xəbər verir ki,Amerika Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun hərəkətlərindən narazıdır və buna görə də ölkəni İran və Səudiyyə Ərəbistanı ilə münasibətlərin nizamlanması prosesindən kənarlaşdırır.
Elaz.info“Financial Times”qəzetinə istinadən xəbər verir ki, Amerika lideri ilk növbədə, İsrailin Qəzza zolağında hərbi əməliyyatları yenidən başlatmaq planlarından narazıdır. Trampın narazılığı ilk dəfə apreldə keçirilən mətbuat konfransında ortaya çıxıb, həmin vaxt o, İsrail mallarına əvvəllər tətbiq edilmiş rüsumları ləğv etməkdən imtina edib. Amerika və İsrail arasında artan ticarət kəsiri də ölkəni Trampın gözündə əsasən mənfəət əldə edən tərəfə çevirir.
Aydan ŞƏRBƏTOVA