Tramp: -“Mən razı deyiləm”

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Tramp sosial media platforması X-də Avropa Komissiyasının 120 milyon avroluq cəriməsindən “heç də məmnun olmadığını” bildirib.

Ağ Evdə fermerlərin dəstəyi ilə bağlı keçirilən görüşdən sonra ABŞ prezidenti Donald Tramp mətbuatın mövcud vəziyyətlə bağlı suallarını cavablandırıb.

ABŞ-da yerləşən X sosial media platformasına qarşı AB Komissiyasının 120 milyon avroluq cəriməsini şərh edən Tramp qərardan narazılığını vurğulayıb.

Tramp X platformasının sahibi Elon Maskın hələlik məsələ ilə bağlı onunla əlaqə saxlamadığını, lakin detalları öyrənmək üçün onunla əlaqə saxlayacağını bildirib.

“ÇOX PİS İSTİQAMƏTƏ DAVAM EDİR”

Cərimənin tətbiq olunduğunu bildirən ABŞ prezidenti Tramp, “Avropa işlər görərkən çox diqqətli olmalıdır. Biz Avropanın Avropa olaraq qalmasını istəyirik, amma hazırda Avropa çox pis istiqamətdə gedir” -deyib.

Tramp bu vəziyyətin hər kəs üçün “çox pis” olduğunu iddia edərək, “Avropanın bu qədər dəyişməsini istəmirik; Avropa çox pis istiqamətdə gedib. Bu, çox vacib bir məsələdir”- deyə vurğulayıb.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights