Tramp məşhur Alkatrazın açılmasına göstəriş verib

ELAZ.İNFO, BAKI, 05.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Tramp məşhur Alkatraz həbsxanasının bərpasına və yenidən açılmasına göstəriş verib.

ABŞ prezidenti Donald Trampın sərəncamı ilə San-Fransisko körfəzindəki bir adada yerləşən məşhur Alkatraz həbsxanası bərpa edilərək açılacaq. Bu barədə o, bazar ertəsi, mayın 5-də “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bəyanatda deyilir ki, “Bu gün mən Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə Həbsxanalar Bürosuna əsaslı şəkildə genişləndirilmiş və yenidən qurulmuş Alcatraz-ı yenidən açmağa göstəriş verirəm”.

Yenilənmiş Alkatrazda ABŞ-ın “ən təhlükəli” cinayətkarları yerləşəcək. Tramp həbsxananın açılmasının “qanun, nizam və ədalətin simvolu” olacağını deyib.
Bundan əvvəl, yanvarın 30-da kiçik Donald Tramp qeyri-qanuni immiqrantlar üçün Alkatraz həbsxanasının yenidən açılmasını təklif etmişdi. O, sosial şəbəkə istifadəçisinin Trampın Quantanamo həbsxanasında qeyri-qanuni mühacirlərdən olan cinayətkarlar üçün 30 000-ə qədər yerin hazırlanması ilə bağlı sərəncam imzalayacağını iddia edən xəbər postunu belə şərh edib.

Esmira RƏHİMOVA

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights