Tramp iyunda NATO sammitində iştirak edəcək

ELAZ.İNFO, BAKI, 14.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Amerika Prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır.
Elaz.info Reporta istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün onlayn brifinqdə Amerikanın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.
“Hamımız Prezident Trampın NATO sammiti üçün Haaqaya gələcəyini gözləyirik”, – diplomat deyib.
Qeyd edək ki, Şimali Atlantika alyansının Haaqada keçiriləcək sammiti iyunun 24-25-nə nəzərdə tutulub.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights