Tramp: -“İsrail Qəzzaya hücumlarını dərhal dayandırmalıdır”

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ Konqresində İsrailə dəstəyin 20 il əvvəllə müqayisədə zəiflədiyini etiraf edib.

“The Daily Caller” qəzetinə müsahibə verən prezident Tramp ABŞ-İsrail münasibətlərinin təkamülünə toxunub.

İsrailin ABŞ Konqresi üzərindəki təsirini əvvəlki illərlə müqayisə edən Tramp bildirib ki, “20 il geriyə getsəniz, sizə deyim ki, İsrail Konqresdə indiyə qədər gördüyüm ən güclü lobbiyə sahib idi. Bu gün onun o qədər güclü lobbisi yoxdur. Bu, inanılmazdır”.

Tramp İsrailin əvvəlki illərdə ABŞ Konqresinə “tam nəzarəti” olduğunu qeyd edib, lakin son vaxtlar bu təsirin zəiflədiyini görməkdən “təəccübləndiyini” də əlavə edib.

“İSRAİL MÜHARİBƏYƏ SON VERMƏLİDİR”

Tramp Tel-Əviv hökumətinin “Qəzzaya hücumlarını dərhal dayandırmalı olduğunu” vurğulayaraq, mövcud vəziyyətin İsrailə “zərər verdiyini” vurğulayıb.

Tramp deyib ki, “Buna heç bir şübhə yoxdur. Müharibədə qalib gələ bilərlər, amma ictimaiyyətlə əlaqələr dünyasında qalib gəlmirlər”.

Onu da qeyd edək ki, Pew Araşdırma Mərkəzinin mart ayında ABŞ seçiciləri arasında keçirdiyi sorğu, gənc respublikaçılar arasında İsrailə dəstəyin azaldığını göstərdi. Sorğu nəticəsində məlum olub ki, İsrail haqqında mənfi fikirdə olduqlarını deyənlərin faizi 2022-ci ilə nisbətən 11 faiz bəndi artaraq 53 faizə çatıb. 50 və daha aşağı yaşda olan respublikaçı seçicilər arasında İsrailə mənfi münasibət bəsləyənlər son sorğuda 2022-ci ildəki 35%-dən 15 bənd artaraq 50%-ə yüksəlib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights